About

İdeyalardan imkanlara doğru!

"Rusel Group" 1986-cı ildən Azərbaycanda fəaliyyət göstərir və irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir.

Baş ofisi Bakıda yerləşən " Rusel Group" ən yeni texnologiyaların tətbiqinə və istehsal prosesinin səmərəliləşdirməsinə xüsusi diqqət yetirir. " Rusel Group" dörd əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar İNŞAAT, TURİZM, KƏND TƏSƏRRÜFATI və CATERİNG sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır. " Rusel Group ", eyni zamanda, həm şirkətə, həm də onun əməkdaşlarına qarşılıqlı fayda gətirən beynəlxalq filiallar da təsis etmişdir.

"Rusel Group" olaraq inşaat, turizm, sənaye sahələri üzrə məhsullarımızın çeşidini və fəaliyyət istiqamətlərini artırırıq.

Hər bir sahə üzrə istehsal gücünü və məhsul müxtəlifliyini artırmaq üçün yeni layihələr hazırlanır və daha müasir avadanlıqlar quraşdırılır. İnanırıq ki, yeni texnologiyalar əsasında hazırlanan Azərbaycan məhsulu dünya bazarında birincilik qazanacaqdır.

MİSSİYAMIZ

İnşaat, turizmş sənaye və catering sahələri üzrə dünya liderlərindən biri olmaqdır.

MƏQSƏDİMİZ

Azərbaycan məhsullarının dünya bazarına çıxarılmasını təmin etməkdir.

ƏSAS HƏDƏFLƏR

İstehsal imkanlarının daha da genişləndirilməsi;

Beynəlxalq arenada layiqli yerlərdən birini tutmaq;

Çeşidlərin müxtəlifliyinin artırılması və geniş miqyaslı ticarət dövriyyəsinin qurulması;

Keyfiyyətə nəzarət sisteminin tətbiq edilməsi və davamlı olaraq bu istiqamətdə işlərin təşkili;

İstehsal fəaliyyətində yeniliklərin tətbiq olunması;

UĞUR PRİNSİPLƏRİMİZ

Keyfiyyətli və yüksək standartlara cavab verən məhsullar təklif etmək;

Ətraf mühit qarşısındakı məsuliyyətimizi dərk edərək onu qorumaq;

Dünya bazarında müxtəlif istiqamətlər üzrə qabaqcıl təşkilatlar sırasına daxil olmaq.

DƏYƏRLƏRİMİZ

Peşəkarlıq. Məsuliyyət, keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif edən peşəkarlarıq;

Keyfiyyət. Biz keyfiyyətli, təhlükəsiz və sağlam məhsullarımızla təmsil olunuruq;

Zəmanət. Biz məhsullarımıza öz adımızla zəmanət veririk.