Fast & Professional

Rusel Catering 

İdeyalardan imkanlara doğru!

"Rusel Group" 1986-cı ildən Azərbaycanda fəaliyyət göstərir və irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir.

Baş ofisi Bakıda yerləşən " Rusel Group" ən yeni texnologiyaların tətbiqinə və istehsal prosesinin səmərəliləşdirməsinə xüsusi diqqət yetirir. " Rusel Group" dörd əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar İNŞAAT, TURİZM, KƏND TƏSƏRRÜFATI və CATERİNG sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır. " Rusel Group ", eyni zamanda, həm şirkətə, həm də onun əməkdaşlarına qarşılıqlı fayda gətirən beynəlxalq filiallar da təsis etmişdir.

"Rusel Group" olaraq inşaat, turizm, sənaye sahələri üzrə məhsullarımızın çeşidini və fəaliyyət istiqamətlərini artırırıq.

Hər bir sahə üzrə istehsal gücünü və məhsul müxtəlifliyini artırmaq üçün yeni layihələr hazırlanır və daha müasir avadanlıqlar quraşdırılır. İnanırıq ki, yeni texnologiyalar əsasında hazırlanan Azərbaycan məhsulu dünya bazarında birincilik qazanacaqdır.

MİSSİYAMIZ

İnşaat, turizmş sənaye və catering sahələri üzrə dünya liderlərindən biri olmaqdır.

MƏQSƏDİMİZ

Azərbaycan məhsullarının dünya bazarına çıxarılmasını təmin etməkdir.

ƏSAS HƏDƏFLƏR

İstehsal imkanlarının daha da genişləndirilməsi;

Beynəlxalq arenada layiqli yerlərdən birini tutmaq;

Çeşidlərin müxtəlifliyinin artırılması və geniş miqyaslı ticarət dövriyyəsinin qurulması;

Keyfiyyətə nəzarət sisteminin tətbiq edilməsi və davamlı olaraq bu istiqamətdə işlərin təşkili;

İstehsal fəaliyyətində yeniliklərin tətbiq olunması;

UĞUR PRİNSİPLƏRİMİZ

Keyfiyyətli və yüksək standartlara cavab verən məhsullar təklif etmək;

Ətraf mühit qarşısındakı məsuliyyətimizi dərk edərək onu qorumaq;

Dünya bazarında müxtəlif istiqamətlər üzrə qabaqcıl təşkilatlar sırasına daxil olmaq.

DƏYƏRLƏRİMİZ

Peşəkarlıq. Məsuliyyət, keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif edən peşəkarlarıq;

Keyfiyyət. Biz keyfiyyətli, təhlükəsiz və sağlam məhsullarımızla təmsil olunuruq;

Zəmanət. Biz məhsullarımıza öz adımızla zəmanət veririk.

Azneftemash

Müəssisəmiz 1999-cu ildə səhmdar cəmiyyəti olduqdan sonra,neft və qaz sənayesində istifadə olunan avadanlıqlar:qazıcı qurğular, yüksək təzyiqli siyirtmələr, xüsusi təyinatlı texnikalar, və muxtəlif alətlər yüksək keyfiyyətlə istehsal edilir. Zavodda 980 işçi calışır. Avadanlıqlar Azərbaycan Respublikasının və MDB ölkələrinin neft və qaz sənayesində istifadə olunur. İstifadə olunan avadanlıqlar məhz neftçilərin tələblərinə uyğun qurulmuşdur. Əsas istehsal sahələri ilə yanaşı müəssisədə poladəritmə sexi və müasir tələblərə cavab verən laboratoriya fəaliyyət göstərir. Müəssisəmiz dünya bazarına çıxmaq üçün rəqabətə davamlı və keyfiyyətli avadanlıqların yaraılması üçün işlər aparır. Sizinlə əməkdaşlıq etməyə hazırıq!!! Hörmətlə, "Azneftemaş" ASC-nin prezidenti: Şahmar Rüstəm oğlu Vəliyev

Read More

BFMZ

Bakı fəhləsi maşınqayırma zavodu” ASC neft-mədən avadanlıqlarının və eləcə də xalq istehlakı mallarının istehsalı üzrə ixtisaslaşmış iri müəssisədir.

Bakı fəhləsi maşınqayırma zavodu” ASC 1900-cu ildə Bakı şəhərinin Balaxanı-Sabunçu rayonunun Sabunçu qəsəbəsinin 101-ci sahəsində əvvəlki “Benkendorf” neft firmasının kiçik emalatxanalarının bazasında yaradılmışdır.

Keçən vaxt ərzində “Bakı fəhləsi maşınqayırma zavodu” ASC böyük inkişaf yolu keçərək, məhdud imkanlara malik olan kiçik emalatxana çərçivəsindən Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında böyük payı olan iri maşınqayırma zavoduna çevrilmişdir.

Read More

Rusel Catering

Rusel Catering & Cafe iş günləri ərzində günlük sağlam qidalana və istirahət edə bilməyiniz məqsədilə 2017-ci ildə Rusel Plaza tərkibində qurulmuşdur. Müxtəlif ofislər və tədbirlər üçün catering xidmətimizlə yanaşı olaraq, biz həm də cafemizdə 10:00 və 19:00 arası biznes lunch, müxtəlif ölkələrin mətbəxlərindən seçdiyimiz dadlı yeməklər və fast food çeşidlərini təqdim edirik.

Read More

Rusel Plaza

Şəhərimizin biznes mərkəzi hesab olunan Xətai rayonunda yerləşən plazamız, sizləri biznesiniz üçün ideal ofis mühitində çalışmağa və daim inkişaf edən xidmətlərimizdən yararlanmağa dəvət edir. Biz müştərilərimizin tələb etdiyi hər cür standartları qarşılamaqla uğurlu iş mühitində çalışmasını hər zaman dəstəkləyir və daim etdiyimiz yeniliklərlə onların bizneslərinin sağlam təməllərə sahib olmasında aktiv rol almağa çalışırıq.

Read More

Rusel Hotel

Otelimizdən Bakının möhtəşəm görüntüsü ilə qarşılaşa bilərsiniz. Müasir arxitektura, göz alabildiyi qədər yaşıllıq və mavi səmanın sintezindən yaranan bu görüntü ziyarətçilərimizdə xoş əhval ruhiyyə yaradır. Bununla yanaşı olaraq isə onların ehtiyyaclarını qarşılaya bilmək üçün hər cür imkana və şəbəkəyə sahibik.

Read More

Rusel Boru

DN300-DN3000 mm diametr diapazonlu EN, ISO, ASTM, AWWA, DIN, BS və API kimi beynəlxalq standartlara uyğun olaraq, 1-32 bar arasında təzyiqə davamlı GRP və HDPE borularını istehsal edir və satır.

İnteqrasiya edilmiş İdarəetmə Sistemləri Sertifikatları (ISO 9001, ISO 14001 və ISO 45001) beynəlxalq tanınmış və nüfuzlu müstəqil təşkilatlar tərəfindən verilmişdir.

Read More

Karvan FK

İdman Klubu ölkə prezidenti İlham Əliyevin idman sahəsində xüsusi diqqət və qayğısının təzahürü olaraq, 11 iyun 2004-cu ildə Yevlax şəhəridə təsis edilmişdir. Əsas məqsədimiz ölkədə gedən ümumi inkişafa qoşulmaq, Azərbaycan Futbolunu inkişaf etdirmək və bu sahədə öz sözünü deməkdir.

Read More